top of page

ARGANVİTA  

BƏRPAEDİCİ YANIQ VƏ YARA KREMİ

 

TƏRKİBİ:

Arqan yağı, qarazirə yağı, çaytikanı yağı, propolis, rozmarin ekstraktı, lavanda ekstraktı, E vitamini, D-pantenol.

Arqan yağının tərkibi  A, E, F vitaminləri, Omeqa-6, Omeqa-9, skvalen və antioksidantlarla zəngindir. Arqan yağının tərkibindəki karotinoidlər və E vitamini dəridə kollagen elastin sintezini artırır ki, bu da dərinin tamlığının bərpa olmasına, elastikliyinin artmasına səbəb olur. E vitamini, Omeqa-6, Omeqa-9, skvalen və digər antioksidantlar dəri hüceyrələrinin məhv olmasının qarşısını alır, dəridə əmələ gələn iltihabı aradan qaldırır.  Sterinlər toxumada mikrosirkulyasiyanı yaxşılaşdırır, dərini yumşaldır, baryer funksiyasını artırır və iltihab əleyhinə təsir göstərir.

 

Qarazirə yağının tərkibi  A, E, D, B1, B2 və B6 vitaminləri, betakarotin, doymamış yağ turşuları, makro və mikroelementlərlə zəngindir. İmmuniteti artırır,  bakterisid və iltihab əleyhinə təsir göstərir.

 

Propolisin tərkibində  50-55% qatran, 30%-ə qədər mum, 8-10% efir yağları, müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu vardır. Zədə nahiyəsində yerli olaraq antibakterial, iltihab, virus və göbələk əleyhinə təsir göstərir. Tərkibindəki polifenol birləşmələrinin sayəsində həm kəskin, həm də xroniki  iltihabi proseslərdə yaxşı təsir edir.  Antibakterial təsiri sayəsində həm qram +, həm də qram -  bakteriya ştamlarını məhv edir. Propolis yanıq və yaralarda epitelizasiya proseslərini sürətləndirir, yara qatında  hüceyrələrin nekrozunun qarşısını alır.

 

Çaytikanı yağının tərkibində karotinoidlər,  E, C, K, B qrup vitaminlər, doymamış yağ turşuları vardır. Karotinoidlər yarasağaldıcı və iltihab əleyhinə təsir göstərir, dərinin bərpa prosesini gücləndirir. B qrup vitaminlər dəri və əzələnin işini normallaşdırır, yaraların sağalma prosesini sürətləndirir. K vitamini qanın laxtalanmasını normallaşdırır, dərialtı qansızmaları azaldır. Çaytikanı yağı immunomodulyator, yarasağaldıcı, antibakterial  və iltihabəleyhinə təsir göstərərək  dəridə epitelizasiya və qranulyasiya proseslərini sürətləndirir.

 

Rozmarin ekstraktının tərkibində  A, B, C vitaminləri, makro və mikro elementlər vardır. Antibakterial və  iltihabəleyhinə  təsir göstərir, həm də dəridə qan dövranını sürətləndirir.

 

Lavanda ekstraktının tərkibində olan sineol, orqanizmə antiseptik,  kumarin isə antibakterial təsir göstərir.  Lavanda ekstraktı  ağrıkəsici və iltihabəleyhinə təsir xüsusiyyətlərinə malikdir.

 

E vitamini yara nahiyəsində antioksidant təsir edərək hüceyrələrin məhv olmasının qarşısını alır, hüceyrə membranının  bərpasını sürətləndirir.

 

D-pantenol dərinin innervasiyasını normallaşdırır, regenerasiya prosesini sürətləndirir.

Bu  bioaktiv maddələr  sayəsində Arganvita  bərpaedici yanıq və yara kremi  yanıqlarda, yaralarda, zədələnmələrdə və bişməcələrdə qısa müddətdə regenrasiyaedici  təsir edərək dərinin tamlığını bərpa edir.

GÖSTƏRİŞLƏRİ:

  • Müxtəlif mənşəli yanıqlar

  • Cərrahi əməliyyatdan sonrakı yaralar

  • Trofiki və yataq yaraları

  • Abses, furunkul, sızanaqlar

  • Uşaqlarda olan bişməcələr

  • Müxtəlif mənşəli dermatitlər

 

Əks göstərişləri:

  • Hər hansı komponentinə qarşı allergik reaksiyalar.

İSTİFADƏ QAYDASI:

İstifadədən öncə yanıq və yaranın səthi ilkin olaraq dezinfeksiyaedici məhlulla təmizlənir, sonra krem nazik təbəqə ilə sürtülür. Kremi gündə 2 dəfə istifadə etmək məsləhətdir.

© 2017 ArganVita

bottom of page