

Qadınlar üçün Hormonal Balansı Normallaşdırıcı çay - BioSlim LEDİNORM çayı
TƏRKİBİ:
Ərkudə toxumu, aslan pəncəsi otu, mayasarmaşiği qozaları, qaraqınıq otu, atpıtrağı kökü, bədrənc yarpağı.
TƏSİRİ:
Ledinorm çayı qadınlarda hormonal balansı normallaşdırır, menstrual tsikl pozğunluğunu və klimaks dövrünün əlamətlərini aradan qaldırır.
Ərküdə toxumunun tərkibində A, B, C vitaminləri, qlikozidlər, flavonoidlər və mikroelementlər vardır. Qadınlarda hormonal balansı normallaşdırır, menstrual tsikli bərpa edir və sonsuzluğun qarşısını alır.
Aslan pəncəsi otunun tərkibində vitaminlər, flavonoidlər, efir yağları, qlikozidlər, dəmir, bor, maqnezium, sink, mis və s. mikroelementləri vardır. Qadınlarda hormonların sintezini normallaşdırır, qanaxmanı saxlayır və iltihabəleyhinə təsir göstərir.
Mayasarmaşığı qozasının tərkibi A, B1, B4, C, PP vitaminləri, üzvi turşular, efir yağları, qlikozidlər və mikroelementlərlə zəngindir. İltihabəleyhinə, bakterisid və sakitləşdirici təsir xüsusiyyətlərinə malikdir.
Qaraqınıq otunun tərkibində vitaminlər, efir yağları, flavonoidlər, qlikozidlər və mikroelementlər vardır. Orqanizmə spazmolitik, iltihabəleyhinə təsir edir, hormonal fonu normallaşdırır, uşaqlıq qanaxmalarının qarşısını alır və klimaks dövrünün əlamətlərini aradan qaldırır.
Atpıtrağı kökünün tərkibində A, B, C, E vitaminləri, polisaxaridlər, efir yağları, dəmir, sink, maqnezium, mis və başqa mikroelementlər vardır. İltihabəleyhinə, antiseptik təsir edir, maddələr mübadiləsini normallaşdırır.
Bədrənc yarpağının tərkibində A, C vitaminləri, efir yağları, qlikozidlər, flavonoidlər və mikroelementlər vardır. Orqanizmə spazmolitik, ağrıkəsici və sakitləşdirici təsir göstərir.
GÖSTƏRİŞLƏRİ:
-
İltihabi ginekoloji xəstəliklər
-
Menstruasiya pozğunluqları və sonsuzluq
-
Uşaqlıq qanaxmaları
-
Klimaks dövrü və immunitetin zəif olması
İSTİFADƏ QAYDASI:
2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur. Qəbul müddəti 30 gündür.
Dərman vasitəsi deyil.